Türkiyədə mərc oyunu ilə bağlı 17 futbol hakimi saxlanılıb
Əziz Əzizli
İstanbul Baş Prokurorluğu futbol hakimlərinin mərc oyunları ilə bağlı cinayət işi üzrə 21 şübhəlidən 17-i hakim olmaqla 18 nəfər haqqında həbs qərarı verib .
Operativ Media xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, söhbət bukmeker kontorlarında mərclərə aiddir.
Bundan əvvəl Türkiyədə 149 peşəkar hakim matçlardan kənarlaşdırılıb. Qadağalar səkkiz aydan 12 aya qədər olub.
Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlunun sözlərinə görə, 42 hakim matçlara 1000-dən çox, bir nəfər isə 18227 mərc edib. Əksər hallarda mərclər yalnız bir dəfə qoyulub.