Menyu

"Qarabağ" FK 235 klub arasında birincidir - FOTO

Əziz Əzizli
"Qarabağ" FK 235 klub arasında birincidir - FOTO

Davam edən avrokubok mövsümündə ümumilikdə 235 klub mübarizəyə qoşulub.

Operativ Media  "Transfermrkt" portalına istinadən xəbər verir ki, hazırkı nəticələrə əsasən, ən çox UEFA xalı qazanan komanda “Qarabağ”dır — 16.000 xal.

Azərbaycan çempionu bu nəticəni aşağıdakı göstəricilərlə əldə edib:

Çempionlar Liqasının təsnifat mərhələsində: 5 qələbə, 1 məğlubiyyət – 5.000 xal

ÇL-in qrup mərhələsinə vəsiqəyə görə: 6.000 bonus xal

Qrup mərhələsində: 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət – 5.000 xal

Beləliklə, “Qarabağ” 16.000 xalla davam edən mövsümdə Avropanın bütün klubları arasında 1-ci pillədədir.

İlk beşlik belədir:

1. Qarabağ – 16.000

2. Pafos – 15.000

3-5. Arsenal – 14.000

3-5. Bavariya – 14.000

3-5. İnter – 14.000

Azərbaycan bu mövsüm UEFA klub reytinqində 15-ci, son beş ilin nəticələrinə əsasən isə 25-ci yerdə qərarlaşıb.

Maraqlı fakt ondan ibarətdir ki, əgər “Qarabağ” bu mövsümdə avrokuboklarda iştirak etməsəydi, Azərbaycan Gürcüstanla bərabər hazırkı mövsümdə 54 ölkə arasında 49-cu yeri bölüşəcəkdi.

Digər Azərbaycan klublarının bu mövsüm qazandığı UEFA xalları:

Sabah – 2.500

Araz-Naxçıvan – 1.500

Zirə – 0.500

Ümumi xal: 4.500

Gürcüstan klublarının nəticələri:

Dila Qori – 2.500

Torpedo Kutaisi – 1.500

Iberia 1999 – 0.500

Spaeri – 0.000

Ümumi xal: 4.500

Fotogalereya

Əlaqəli Xəbərlər