Menyu

Şirkət: Avtobuslarda türk dilində olan elanların hamısı dəyişdiriləcək

Ayşən Sadıxzadə
Şirkət: Avtobuslarda türk dilində olan elanların hamısı dəyişdiriləcək

Bakıda fəaliyyət göstərən bəzi marşrut avtobuslarında türk dilində yazılmış elan və stikerlərin olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sərnişinlər bu halın “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun tələblərinə zidd olub-olmadığını, eləcə də bu yazıların hansı məqsədlə saxlanıldığını sual ediblər.

Məlumata görə, görüntülər 199 nömrəli marşrut avtobusuna aiddir.

Məsələ ilə bağlı Operativ Media daşıyıcı şirkət “Xaliq Faiqoğlu” MMC-yə sorğu ünvanlayıb.

Şirkətdən bildirilib ki, bu məsələ onların diqqətindədir və problem texniki səbəblərlə bağlı yaranıb:

“Bir neçə avtobusumuzda əvvəlki illərdən qalan türk dilində stikerlər mövcuddur. Onların dəyişdirilməsi nəzərdə tutulub. Yeni avtobuslarda və yenilənmiş nəqliyyat vasitələrində bütün yazılar Azərbaycan dilindədir.”

Məlumatda o da qeyd olunur ki, şirkət avtobusların vizual dizaynı və daxili məlumat lövhələrinin dövlət standartlarına uyğunlaşdırılması üçün mərhələli yenilənmə aparır.

Fotogalereya

Əlaqəli Xəbərlər