Menyu

Azərbaycan cüdoçuları İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır

Əziz Əzizli
Azərbaycan cüdoçuları İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları start götürəcək.

Operativ Media xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığmasının altı cüdoçusu tatamiyə çıxacaq.

Kişilər:

73 kq çəki dərəcəsində Ruslan Paşayev 1/8 finalda Yerjan Yerenkayıpov (Qazaxıstan) – İsmael Alhassane (Niger) cütünün qalibi ilə qarşılaşacaq.

Hidayət Heydərov 1/8 finalda Aden-Aleksandr Husseyn (Cibuti) ilə üz-üzə gələcək.

Qadınlar:

48 kq çəki dərəcəsində Könül Əliyeva 1/4 finalda Axliya Muminova (Tacikistan) ilə görüşəcək.

52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/8 finalda Buketnur Karabulut (Türkiyə) ilə mübarizə aparacaq.

Eyni çəki dərəcəsində Aydan Vəliyeva 1/4 finalda Madina Qurbonzoda (Tacikistan) – Sintya Badru (Mozambik) cütünün qalibi ilə qarşılaşacaq.

57 kq çəki dərəcəsində Fidan Əlizadə 1/4 finalda Dina Muxanbet (Qazaxıstan) – Jermen Nadej Bella Buanqa (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

Təsnifat görüşləri saat 12:00-da, final bloku isə saat 18:00-da başlayacaq.

Əlaqəli Xəbərlər