Almaniya və İsveçrədə çox sayda uçuşlar təxirə salındı
Almaniya və İsveçrədə çox sayda uçuşlar təxirə salındı
Eurowings” Hava Yolları şirkətinin Almaniyada 170-dən çox reysi ləğv etməsi 10 mindən çox sərnişinə təsir edib.
"Operativ Media" xəbər verir ki, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra pilotlar bu gün saat 00.00-dan üç günlük tətilə başlayıblar. Onlar iş vaxtından artıq işlədikləri üçün daha çox istirahət müddəti tələb edirlər.
Gündə orta hesabla 500-ə yaxın uçuş həyata keçirən və 50-70 min sərnişini Almaniya və Avropadakı təyinat yerlərinə çatdıran şirkətdə pilotların tətili ən çox Almaniyadakı uçuşlara təsir edib.
Düsseldorfdan 102-dən çox, Ştutqartdan 40 və Köln-Bonn hava limanından 43 reys ləğv edilib.
Pilotların oktyabrın 6-da baş tutan tətilinə görə 250-dən çox aviareys ləğv edilib. Bu, ümumilikdə 30 mindən çox sərnişinə təsir edib.
İsveçrədə “Eurowings” hava yollarında çalışan pilotların iş şəraitinin yaxşılaşdırılması üçün başlatdıqları tətil bir çox uçuşun ləğvinə səbəb olub.
Almaniya hava yolu şirkəti “Lufthansa”nın törəmə şirkəti olan “Eurowings”də çalışan pilotlar illik məzuniyyətlərinə 14 gün əlavə edilməsi tələbi ilə bu gündən etibarən 3 günlük tətilə başlayıblar.
Son xəbərlər
Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib