“Qarabağ” - “Neftçi” oyununun bütün biletləri satılıb
Operativ Media
Azərbaycan Premyer Liqasının “Zəfər Turu” (Xl) çərçivəsində “Azersun Arena”da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu üçün satışa çıxarılmış bütün biletlər satılıb.
Operativ Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 9 noyabr saat 18:44-də start götürəcək.