İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 6 cüdoçusu bu gün tatamiyə çıxacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları davam edir.
Operativ Media xəbər verir ki, ikinci yarış günündə 5 çəki dərəcəsində 6 Azərbaycan cüdoçusu mübarizəyə qoşulacaq.
Kişilər
-90 kq, 1/4 final: Elcan Hacıyev – Ali Abdelaal (Misir) / Aydar Arapov (Qazaxıstan) cütünün qalibi ilə
-100 kq, 1/4 final: Zelim Kotsoyev – Karamnob Saqaipov (Livan) / Abdurahman Sisey (Qambiya) cütünün qalibi ilə
+100 kq, 1/4 final: Uşanqi Kokauri – Muzaffarbek Turoboyev (Özbəkistan)
Qadınlar
-70 kq, 1/4 final: Südabə Ağayeva – Fay Alslboud (Səudiyyə Ərəbistanı)
-70 kq, 1/4 final: Aytac Qardaşxanlı – Maryam Barbat (İran)
-78 kq, 1/2 final: Günel Həsənli – Aruna Jangeldina (Qazaxıstan)
Təsnifat görüşləri saat 12:00-da, final mərhələsi isə saat 18:00-da başlanacaq.