Menyu

Okan Buruk: “Qurban Qurbanovun uğurları mənim üçün təəccüblü deyil”

Operativ Media
Okan Buruk: “Qurban Qurbanovun uğurları mənim üçün təəccüblü deyil”

"Qalatasaray”ın baş məşqçisi Okan Buruk Qurban Qurbanovdan danışıb.

Operativ Media  xəbər verir ki, Buruk məşhur şərhçi Ertem Şenerə müsahibəsində Qurbanovun oyununu və uğurlarını dəyərləndirib. 

“Üç il əvvəl Bakıda Qarabağla keçirdiyimiz hazırlıq oyununda həm onu, həm də Qarabağ komandasını yaxından tanımaq fürsətim oldu. Məncə, bu gün qazandıqları uğurlar təsadüfi deyil. O gündən etibarən komandalarının oyun üslubu və taktiki hazırlığını görə bilmişdim. Qarşı tərəfdə oynayanda, xüsusilə də idman baxımdan Qarabağ komandasının nə qədər güclü olduğunu daha yaxşı anlayırsan. Eyni zamanda Qurban Qurbanovun nə qədər bacarıqlı bir baş məşqçi olduğunu da orada, hətta sadəcə bir hazırlıq oyunu olsa belə, açıq şəkildə görmüşdüm. Buna görə də onun Avropada əldə etdiyi uğurlar mənim üçün heç də təəccüblü deyil”.

Qeyd edək ki, Ertem Şener bir neçə gün əvvəl Bakıya gələrək Ağdam təmsilçisinin Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdiyi oyunu şərh etmişdi.

Əlaqəli Xəbərlər