03 Mart 2023, 16:20
Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb
Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb şəkil
Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Elmir Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus  avtomobildən 12 kiloqram narkotik, o cümlədən 5 kiloqram psixotrop maddə metamfetamin, 5 kiloqram tiryək, 2 kiloqrama yaxın həşiş qətranı, heroin, marixuana və 400 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon sakini Elgün Həsənovdan isə 1 ədəd “PA-63” markalı tapança, həmin silaha aid sandıqça, 6 ədəd patron və 1 ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib