Menyu

Noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb

Operativ Media
Noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media -ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin. Şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər