Şəkidə ağır yol- nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Operativ Media
Axşam saatlarında Şəki–Qax avtomobil yolunun Şəkinin İncə kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
Operativ Media xəbər verir ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb olunub.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları və müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net