"Volfsburq" baş məşqçisi ilə yollarını ayırdı
Əziz Əzizli

"Volfsburq" baş məşqçisi Pol Simonis ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı niderlandlı mütəxəssislə yanaşı, məşqçilər Peter van der Ven, Tristan Berquis və Martin Darnevil komandadan ayrılıb.
U-19 yığmasının məşqçisi Daniel Bauer yenidən baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.
Simonis 2025-ci il iyulun 1-dən "Volfsburq"da çıxış edir. Onun rəhbərliyi altında komanda üç qələbə qazanıb, iki heç-heçə edib və yeddi dəfə uduzub.
“Qurdlar” Almaniya çempionatının cədvəlində 10 matçdan sonra 8 xalla 14-cü yerdədir.