İslamiada: Azərbaycan cüdoçuları 1/4 finalda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Əziz Əzizli
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının son günündə qarışıq komandalar mübarizə aparacaq.
Operativ Media xəbər verir ki, 1/4 final mərhələsində Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində – kişilər arasında -73 kq, -90 kq və +90 kq, qadınlar arasında isə -57 kq, -70 kq və +70 kq çəki dərəcələrində görüşlər keçiriləcək. Yarışda 7 yığma (ümumilikdə 63 cüdoçu) mübarizə aparacaq.
Təsnifat görüşləri saat 13:00-da, final mərhələsi isə saat 18:00-da başlayacaq.