Sumqayıtdan Bakıya yeni “BakuBus”lar istifadəyə veriləcək
Operativ Media
Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya yeni “BakuBus”lar istifadəyə veriləcək.
Operativ Media xəbər verir ki, 500 nömrəli marşrut avtobusu Sumqayıtdakı Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq.
Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun “20 Yanvar” stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.
Xətt üzrə “BMC Procity CNG” markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.
Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net