Menyu

Azərbaycanın voleybol klubu avrokuboklarda mübarizəyə başlayır

Operativ Media
Azərbaycanın voleybol klubu avrokuboklarda mübarizəyə başlayır

Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu avrokubokda mübarizəyə başlayır.

Operativ Media xəbər verir ki, 2025–2026-cı illər mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edən “Xilasedici” klubu turnirin 1/32 final mərhələsində Rumıniyanın “Steaua” komandası ilə qarşılaşacaq.

Təmsilçimiz ilk oyununu noyabrın 12-də səfərdə keçirəcək. Cavab görüşü isə noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Çelenc kuboku – 1/32 final

Birinci oyun (Rumıniya)

12 noyabr 2025, saat 19:00 – “Steaua” – “Xilasedici”

Cavab oyunu (Azərbaycan)

20 noyabr 2025, saat 18:00 – “Xilasedici” – “Steaua”

Əlaqəli Xəbərlər