Menyu

Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən 2 şəxs saxlanılıb

Operativ Media
Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən 2 şəxs saxlanılıb

Nərimanov rayonu ərazisində yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər