Menyu

Azərbaycan sablyaçıları Dünya Kubokunu 16-cı yerdə başa vurub

Əziz Əzizli
Azərbaycan sablyaçıları Dünya Kubokunu 16-cı yerdə başa vurub
1 dəq oxu

Əlcəzairdə qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokuna yekun vurulub.

Operativ Media xəbər verir ki, Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Rumıniya yığmasına 45:37 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Yaponiya seçməsinə 40:45 hesabı ilə uduzan sablyaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmalarda Bolqarıstana 44:45, İtaliyaya isə 31:45 hesabı ilə məğlub olub. Komandamız 16-cı yer uğrunda keçirilən görüşdə Venesuela yığmasına 45:31 hesabı ilə qalib gəlib.

Şəxsi yarışda Palina Kaspiaroviç və Səbinə Kərimova əsas mərhələyə kimi yüksəlsə də, ən güclü 32-lik uğrunda keçirilən görüşlərdə məğlub olublar. Palina fransalı Sesiliya Berderə (11:15), Səbinə Kərimova isə ABŞ təmsilçisi Maia Çemberleynə (7:15) uduzub.

Əlaqəli Xəbərlər