Menyu

Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir 

Operativ Media
Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir 

Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.

DYP-dən Operativ Media-ya verilən məlumata görə, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir. 

Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar.

Əlaqəli Xəbərlər