Türkiyədə 1024 futbolçuya qarşı intizam proseduru başladılıb

Türkiyə peşəkar liqalarında aparılan mərc araşdırması çərçivəsində mərc oynadığı müəyyən edilən 1024 futbolçu Futbol İntizam Qaydasının 57-ci maddəsinə əsasən 10.11.2025 tarixindən etibarən ehtiyat tədbiri görülməklə Peşəkar Futbol Disiplin Komitəsinə (PFDK) göndərilib.
Operativ Media xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Federasiyanın açıqlamasında qeyd olunub:
“1024 futbolçunun ehtiyat tədbiri ilə PFDK-ya göndərilməsi səbəbindən klubların heyət çatışmazlıqlarını aradan qaldıra bilmələri üçün yalnız milli səviyyədə 2025–2026 mövsümünün qış transfer pəncərəsinə əlavə olaraq 15 günlük transfer və qeydiyyat dövrünün müəyyən edilməsi məqsədilə FIFA ilə təcili şəkildə danışıqlara başlanılıb.”
Türkiyə Superliqasında mərc edən oyunçuların siyahısı:
Beşiktaş: Ersin Destanoğlu, Necip Uysal
Qalatasaray: Metehan Baltacı, Evren Eren Elmalı
Trabzonspor: Boran Başkan, Salih Malkoçoğlu
Rizespor: Efe Doğan, Furkan Orak
Qaziantep FK: Muhammet Taha Güneş, Nazım Sanqare
Göztepe: İzzet Furkan Malak, Uğur Kaan Yıldız
Antalyaspor: Kerem Kayaarası
Eyüpspor: Mükremin Arda Türköz
Kasımpaşa: Ege Albayrak, Ali Emre Yanar
Fatih Karagümrük: Furkan Bekleviç, Kerem Yusuf Sirkeci
Samsunspor: Celil Yüksel
Konyaspor: Adil Demirbağ, Alassane Ndao
Kayserispor: Berkan Aslan, Abdulsamet Burak
Alanyaspor: İzzet Çelik, Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt