Menyu

ƏMAS-da işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı yaradılıb

Operativ Media
ƏMAS-da işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin elektron rəsmiləşdirilməsi imkanı da yaradılıb. Yeni funksionallıq işəgötürənlər üçün prosesi sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı “Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində “Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə həmin funksionallığı aktiv və ya deaktiv edə bilirlər.

Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.

Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.

Əlaqəli Xəbərlər