Ana səhifə / İdman / "Atalanta"nın yeni baş məşqçisi bəlli oldu "Atalanta"nın yeni baş məşqçisi bəlli oldu 11.11.2025, 19:18 Operativ Media İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Operativ Media xəbər verir ki, A Seriyası təmsilçisini Rafaele Palladino çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı italiyalı mütəxəssislə2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, "Atalanta" ötən gün İvan Yuriçlə yollarını ayırıb. Palladinonun son iş yeri isə "Fiorentina" olub.