Menyu

Lionel Messi: PSJ-də oynadığım vaxt futboldan həzz almırdım

Operativ Media
Lionel Messi: PSJ-də oynadığım vaxt futboldan həzz almırdım

“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi Fransanın PSJ komandasında keçirdiyi iki ili (2021–2023) dəyərləndirib.

Operativ Media xəbər verir ki, o, Sport.es portalına açıqlama verib 

Messi Parisdəki dövrünün “kabusa çevrilmədiyini” vurğulasa da, həmin illərdə futboldan həzz almadığını etiraf edib.

“Həmin dövrün xoş keçmədiyini deyəndə, bununla demək istəyirəm ki, etdiyim işdən – sevdiyim şeydən, yəni futbol oynamaqdan, gündəlik həyatımdan, məşqlərdən və oyunlardan zövq ala bilmirdim, çünki özümü sadəcə yaxşı hiss etmirdim.”

Eyni zamanda futbolçu ailəsi üçün Parisdə keçirdiyi illərin “gözəl təcrübə” olduğunu da qeyd edib.

Messi PSJ ilə iki dəfə Fransa çempionu, bir dəfə isə ölkə Superkubokunun qalibi olub.

Ümumilikdə argentinalı futbolçu klubun heyətində 75 oyuna çıxıb, 32 qol vurub və 35 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər