İslamiada: Azərbaycan hənbol millisinin oyun təqvimi bəlli oldu
Operativ Media
Noyabrın 13-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol yarışlarının təqvimi müəyyənləşib.
Operativ Media xəbər verir ki, proqrama əsasən, B qrupunda yer alan qadınlardan ibarət millimiz ilk oyununu noyabrın 13-də Qətər yığması ilə keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
İkinci matç noyabrın 15-də Özbəkistana qarşı olacaq və eyni saatda start götürəcək. Son qarşılaşma isə noyabrın 17-də saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq.
Bütün görüşlər “Green Hall” Olimpiya Kompleksində təşkil olunacaq.