Menyu

Rusiya millisinin oyununu azərbaycanlı hakim idarə edəcək

Operativ Media
Rusiya millisinin oyununu azərbaycanlı hakim idarə edəcək
1 dəq oxu

Rusiya ilə Peru yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Operativ Media  Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda təşkil olunacaq matçda Kamal Umudlu ədaləti qoruyacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

Qeyd edək ki, Rusiya – Peru oyunu bu gün baş tutacaq. AFFA-nın bu barədə məlumat yaymaması da çox maraqlıdır.

Əlaqəli Xəbərlər