Menyu

Ceyms Rodrigez dünya çempionatında iştirak etmək istəyir

Əziz Əzizli
Ceyms Rodrigez dünya çempionatında iştirak etmək istəyir
1 dəq oxu

"Leon"un yarımmüdafiəçisi Ceyms Rodrrigez Meksika klubu ilə müqaviləsini yeniləməyəcək.

Operativ Media xəbər verir ki, insayder Fabrizio Romano "X" hesabında bildirib. Onun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.

Mənbənin məlumatına görə, 34 yaşlı kolumbiyalı özünü sübut edə biləcəyi yeni klub tapmaq və Kolumbiya millisini 2026-cı il dünya çempionatının siyahısına salmaq istəyir.

Kolumbiya 28 xal toplayıb və Cənubi Amerikada keçirilən 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində üçüncü yeri tutub. 2026-cı il dünya çempionatı Ceymsin üçüncü dünya çempionatı ola bilər.

Əlaqəli Xəbərlər