03 Mart 2023, 19:07
Ərdoğan: “Yaralarımızı sağaltmaq üçün gecə-gündüz çalışırıq”
Ərdoğan: “Yaralarımızı sağaltmaq üçün gecə-gündüz çalışırıq” şəkil
Ərdoğan: “Yaralarımızı sağaltmaq üçün gecə-gündüz çalışırıq”

“Fəlakətin yaralarını sağaltmaq üçün gecə-gündüz çalışırıq”.

"Operativ Media" xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Milli Risk Qalxanı Yığıncağında çıxışı zamanı deyib:

“Xalq olaraq çətin bir dövr yaşayırıq. Zəlzələ 11 şəhərdə böyük tələfat və dağıntılara səbəb olub. Həyatını itirən 45 mindən çox vətəndaşımız, yaralanan 115 min insanımızın hər birinin ağrısı ürəyimizdədir. Təxminən 14 milyon insanın həyatına bilavasitə təsir edən və onlardan 3,5 milyonunun başqa bölgələrə köç etməsinə səbəb olan bu fəlakətin yaralarını sağaltmaq üçün gecə-gündüz çalışırıq”.

Ərdoğan qeyd edib ki, hazırda yenidənqurma və canlandırma işləri aparılır:

“Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikəcəyimiz yeni evlərin sayı bəlli olacaq. Hazırda 214.000 dağıdılmış, təcili olaraq söküləcək və ağır zədələnmiş binalarda 608 min müstəqil hissə müəyyən etmişik. Hələlik zəlzələ qurbanlarımızı çadır şəhərciklərində, konteyner şəhərlərində, yataqxanalarda və otellərdə qonaq edirik”.

Son xəbərlər
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB