Menyu

Qırğızıstan klubu iki azərbaycanlı futbolçu ilə yollarını ayırdı

Operativ Media
Qırğızıstan klubu iki azərbaycanlı futbolçu ilə yollarını ayırdı

Qırğızıstanın "Abdış-Ata" klubu azərbaycanlı futbolçular İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb.

Operativ Media  xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda hər iki oyunçu ilə vidalaşmaq qərarına gəlib.

Qırğızıstan Premyer Liqasında mövsümə yekun vurulub, "Abdış-Ata" çempionatı 54 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, İlkin Muradov və Mirabdulla Abbasov iyulda bu klubla mövsümün sonunadək müqavilə imzalamışdılar. Hücumameyilli yarımmüdafiəçi İ.Muradov "Abdış-Ata"nın heyətində bütün turnirlərdə keçirdiyi 14 oyunda 4 məhsuldar ötürmə edib, hücumçu M.Abbasov isə 4 matçda qol və ya assistlə yadda qalmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər