03 Mart 2023, 19:14
Niku Popesku: “Bizim Avropa İttifaqı ilə iddialı məqsədlərimiz var"

Moldova hökuməti ölkəyə mülki təhlükəsizlik missiyasının göndərilməsi üçün Avropa İttifaqı ilə danışıqlar aparır.
"Operativ Media" xəbər verir ki, bu barədə Moldova Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ölkəsinin Aİ-yə üzvlük üçün müraciətinin ildönümü münasibətilə təşkil olunan mətbuat konfransında deyib.
“Bizim Avropa İttifaqı ilə kifayət qədər iddialı məqsədlərimiz var. Məsələn, Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhət missiyasının gəlməsi. Sülh məqsədləri kontekstində tərəfdaşlığımızı inkişaf etdirmək üçün Aİ tərəfdaşları ilə müzakirələri davam etdiririk”, - nazir qeyd edib.