"Yuventus" Türkiyə millisinin daha bir üzvünü istəyir
Əziz Əzizli
İtaliya Seria A klubu "Yuventus" heyətini türkiyəli müdafiəçi ilə gücləndirmək istəyir.
Operativ Media "La Gazette della Sports"a istinadən xəbər verir ki, Turin təmsilçisi "Roma" klubunun sağ cinah müdafiəçisi Zeki Çeliki heyətinə qatmaq istəyir.
"Roma" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər olan Zeki Çelik bu mövsüm paytaxt klubunda 14 rəsmi matçda iştirak edib. Türkiyə millisinin sağ cinah müdafiəçisi bu matçlarda bir qol vurub və bir məhsuldar ötürmə edib.