Azərbaycan millisinin üzvü Rusiyada rəmzi komandaya seçildi
Operativ Media
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu – XXVI turun rəmzi komandasına seçilib.
Operativ Media xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
“Zenit”in formasını geyinən müdafiəçi ÇSKA ilə matçdan (0:1) sonra fərqləndirilib.
O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Zenit” 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. Müdafiəçi, daha əvvəl X, XIII və XVII turlarda da həftənin rəmzi “11-liy”ində yer alıb.