İslamiada: Azərbaycan millisi finala vəsiqə qazandı
Operativ Media
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda millimiz bu gün Əfqanıstan yığması ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız üç qələbə ilə final mərhələsinə adlayıb.
Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.