"Arsenal" və "Çelsi" "Milan"ın vingerini transfer etmək istəyir
Əziz Əzizli
"Milan"ın vingeri Rafael Leao karyerasını Premyer Liqada davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Məlumata görə, "Arsenal" və "Çelsi" portuqaliyalı ilə müqavilə bağlamaqda maraqlıdır .
"Arsenal" 26 yaşlı Leao üçün 85 milyon avro təklif etməyə hazırdır. "Çelsi"nin qış transfer pəncərəsi üçün hələ konkret təklifi yoxdur, lakin onlar keçən yay 113 milyon avro təklif etmişdilər.
Futbolçunun "Milan" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Leao bu mövsüm klubda bütün turnirlərdə 8 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.