03 Mart 2023, 19:42
Gürcüstan PUA istehsalına başlayacaq
Gürcüstan PUA istehsalına başlayacaq şəkil
Gürcüstan PUA istehsalına başlayacaq

Gürcüstan cari ilin yayından etibarən pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq. İl ərzində ölkədə 1000-1500 ədəd kəşfiyyat və döyüş PUA-larının istehsalı nəzərdə tutulub.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.

Nazir deyib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə uğurla sınaqdan keçirilib. PUA-lar Tbilisi yaxınlığındakı Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunacaq.

Tikintisi ötən ilin dekabrında başa çatan müəssisənin sahibi 2022-ci ildə Gürcüstanın “Delta” şirkəti və Polşanın “WB Electronics S.A” şirkəti tərəfindən təsis edilmiş “Delta-WB” şirkətidir.

Nazirin sözlərinə görə, birgə müəssisədə “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının istehsalı planlaşdırılır.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib