Şamaxıda yaşayış evi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Kiçik Xınıslı kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altı otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50kv.m, bir otağın tavanı 25 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.