Menyu

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Operativ Media
"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Napoli"də Antonio Kontenin komandadan ayrılacağı iddiaları hələ də aktivdir.

Operativ Media  "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Neapol təmsilçisinin son məşqində iştirak etməyib.

Bu, onun komandadan ayrılacağı ilə bağlı ehtimalları artırıb. Lakin klub onun şəxsi işləri ilə əlaqədar olaraq, düşərgədə olmadığını iddia edib.

Onun bu gün keçiriləcək məşqdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Napoli" “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindəndir. "Qarabağ" ilə "Napoli" arasındakı oyun noyabrın 26-da Neapolda baş tutacaq.

Əlaqəli Xəbərlər