Menyu

Azərreyl ilk matçında Niderland klubu ilə qarşılaşacaq

Operativ Media
Azərreyl ilk matçında Niderland klubu ilə qarşılaşacaq
1 dəq oxu

Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk matçına çıxacaq.

Operativ Media Paytaxt təmsilçisi 1/32 finalda Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” kollektivi ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər