03 Mart 2023, 20:42
ABŞ İrana yeni sanksiya tətbiq etdi
ABŞ İrana yeni sanksiya tətbiq etdi şəkil
ABŞ İrana yeni sanksiya tətbiq etdi

ABŞ İran neft və neft-kimya məhsullarını satan 6 şirkətə qarşı sanksiya tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu haqda ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi qeyd olunub.
ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada, “ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək”, - deyib.

“Bu qərar bizim İrana qarşı sanksiyaların tətbiqi səylərimizi gücləndirir. Biz sanksiyalarımızdan yan keçməyə çalışanlara qarşı tədbir görməkdən çəkinməyəcəyik”, - Blinken əlavə edib.

Son xəbərlər
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DSX: İrandan Azərbaycana narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
XİN Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edib
İranda baş verən partlayış nəticəsində 25 nəfər ölüb - YENİLƏNİB 10