Deşam: "Fransada belə fransız məşqçilərə lazımi qiymət verilmir"

Fransa millisinin baş məşqçisi Didye Deşam Çempionlar Liqasının hazırkı kampaniyasında fransız məşqçilərin iştirak etməməsini şərh edib.
Operativ Media bu haqda "RMC Sport"a istinadən xəbər verir.
"Düşünürəm ki, hətta Fransada da fransalı məşqçilərə lazımi qiymət verilmir. Mənim təəssüratım belədir. Xaricdə isə onların sayı getdikcə azalır. Biz başqalarından pisik? Mən belə düşünmürəm. Başqaları daha yaxşı təşkil olunub? Təbii ki. Liqa 1 və Liqa 2-də bir çox vəzifələr əcnəbi məşqçilər tərəfindən doldurulur. Çoxlu fransız məşqçilər var ki, onlar həmişə tələbkardır".
57 yaşlı mütəxəssis qeyd edib ki, bu statistika neqativdir, lakin bu postları tuta biləcək insanların keyfiyyətini şübhə altına almır.
Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. O, daha əvvəl "Olimpik Marsel", "Monako" və "İnter"i çalışdırıb.