"Lion" Endriki icarəyə götürməyə yaxındır
Operativ Media

"Lion" hücumçu Endrikin icarəsi ilə bağlı "Real Madrid" ilə danışıqları davam etdirir.
Operativ Media xəbər verir ki, bu barədə "ESPN Brasil" məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa klubu 19 yaşlı braziliyalının maaşının 50 faizini – 200 min avronu ödəyəcək . "Real Madrid" qalan məbləği oyunçuya ödəməyə davam edəcək.
Bu mövsüm Endrik İspaniya çempionatının 11-ci turunda "Valensiya"ya 4:0 hesabı ilə qalib gəldikləri oyunda 11 dəqiqə meydanda olub. Onun hazırkı müqaviləsi 2030-cu ilə qədərdir.
"Transfermarkt" onun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.