Menyu

Poqba, Ziyeç və daha 70 idmançı UEFA-dan İsrailə qadağa qoyulmasını tələb ediblər

Operativ Media
Poqba, Ziyeç və daha 70 idmançı UEFA-dan İsrailə qadağa qoyulmasını tələb ediblər

70-dən çox idmançı İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması tələbi ilə UEFA-ya müraciət edib.

Operativ Media xəbər verir ki, bu haqda "Əl-Cəzirə" məlumat yayıb.

“Sülh naminə idmançılar” qrupu UEFA prezidenti Aleksander Çeferinə məktub göndərərək, təşkilatın İsrail Futbol Assosiasiyası ilə əlaqələri kəsməsinə çağırışı dəstəkləyib.

Fəallar bildiriblər ki, heç bir beynəlxalq idman və ya vətəndaş cəmiyyəti arenası soyqırımı və insanlığa qarşı cinayətlər törədən rejimi qəbul etməməlidir.

Məktubda qeyd olunur: “İsrailin törətdiyi bütün cinayətlərə görə cəzasız qalmasına yalnız vicdan prinsiplərinə əsaslanan birgə fəaliyyətlə son qoymaq mümkündür. Buna İsrail idmançılarının idman və mədəni tədbirlərdə iştirakının məhdudlaşdırılması da daxildir”.

Sənədi, xüsusilə, “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Vidad” klubunun hücumçusu Hakim Ziyeç və “Fulhem”in futbolçusu Adama Traore imzalayıblar.

Xatırladaq ki, sentyabrın 30-da UEFA Qəzza zolağındakı münaqişə ilə bağlı sülh danışıqlarının gedişinə görə İsrailin turnirlərdən kənarlaşdırılması qərarını təxirə salmışdı.

Əlaqəli Xəbərlər