03 Mart 2023, 21:32
Ukraynaya 5,7 min günəş paneli verilməyi planlaşdırılır
Ukraynaya 5,7 min günəş paneli verilməyi planlaşdırılır şəkil
Ukraynaya 5,7 min günəş paneli verilməyi planlaşdırılır

Avropa İttifaqı (Aİ) Ukraynaya İtaliyanın “Enel” şirkətinin istehsalı olan 5 700 ədəd günəş batareyası vermək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidməti məlumat yayıb.

“Aİ-nin energetika üzrə komissarı Kadri Simson, “Enel” şirkətinin baş direktoru Françesco Staraçe və Ukraynanən energetika naziri Herman Haluşenko “Enel”in hər birinin gücü 350 vatt, toplam gücü isə təxminən 2 meqavatt olan 5 700 ədəd günəş panelini vermək öhdəliyini alqışlamaq üçün hibrid formatda görüş keçiriblər. Bu panellər məktəblər, xəstəxanalar və yanğınsöndürmə hissələrinin enerji təchizatını təmin etmək üçün binaların dam örtüyündə ümumilikdə 11,4 min kvadrat metr sahəyə döşənəcək”, - AK-nın məlumatında deyilir.

Batareyaların tədarükü bu ilin yayına qədər həyata keçirilməlidir.

AK-nın relizində batareyaların hərbi ehtiyaclar üçün istifadə edilməsi imkanları qeyd edilmir.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib