Menyu

Türkiyədə mərc oyunlarında iştirak edən 102 futbolçu cəzalandırıldı

Operativ Media
Türkiyədə mərc oyunlarında iştirak edən 102 futbolçu cəzalandırıldı

Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirakı müəyyən edilən 102 futbolçunu cəzalandırıb.

Operativ Media  xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Cəzalandırılanlar arasında müxtəlif klublarda çıxış edən futbolçular var.

Peşəkar Futbol İntizam Qurumu (PFDK) “Qalatasaray”lı futbolçular Eren Elmalının 45 gün, Metehan Baltacının isə 9 ay müddətinə futboldan uzaqlaşdırıldığını da açıqlayıb.

Eyni zamanda, “Konyaspor”un futbolçusu Ndao da 12 aylıq cəza alıb.

Qeyd edək ki, araşdırma çərçivəsində mərc oyunlarında iştirakı müəyyən edilən 1 024 oyunçunun adı açıqlanmışdı.

Əlaqəli Xəbərlər