Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurub.
Operativ Media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın finalında yığmamız Türkiyə millisi ilə üz-üzə gəlib. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Hər üç setdə qalib gələn Türkiyə komandası qızıl medalın sahibi olub.
Beləliklə, Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarını gümüş medalla tamamlayıb.