"Qarabağ"ın rəqibinin əsas futbolçusu bir neçə aylıq sıradan çıxdı
Əziz Əzizli
"Napoli"nin yarımmüdafiəçisi Frank Anquissa zədəsinin vəziyyətnə aydınlıq gəlib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamerun millisinin təlim-məşq toplanışında zədələnən 29 yaşlı yarımmüdafiəçi bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Anquissa milli komandanın məşqi zamanı ayaq əzələsindən zədələnib. Onun Afrika Millətlər Kubokunda iştirak etməyəcəyi dəqiqləşib.
Frank Anquissa bu mövsüm "Napoli"nin heyətində 15 rəsmi oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq. Komandalar arasındakı oyun 26 noyabrda İtaliyada keçiriləcək.