Menyu

"Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı ticarət mağazasında tüstülənmə baş verib - YENİLƏNİB

Operativ Media
"Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı ticarət mağazasında tüstülənmə baş verib - YENİLƏNİB

Stansiyanı giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb.

***

09:53

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə stansiyanın giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

"Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər