Menyu

Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 68 faizi tamamlanıb

Operativ Media
Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 68 faizi tamamlanıb

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85 faiz, tikinti isə 68 faiz tamamlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Operativ Media-ya verdiyi məlumata görə, layihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.

Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti “dəmir köprü” olacaq.

Əlaqəli Xəbərlər