Kilyan Mbappe 400-ə çatdı
Operativ Media

Fransa millisinin hücumçusu Kilyan Mbappe karyerasında 400-cü qol həddinə çatıb.
Operativ Media xəbər verir ki, 26 yaşlı futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə oyunda (4:0) 399-cu və 400-cü qolunu vurub.
"400 qol insanları heyran etmir. İnsanları şoka salanlar arasında olmaq istəyirsənsə, daha 400 qol vurmalısan. Ronaldo kimi 1000 qol? Bu, qeyri-realdır. Amma gəlin qeyri-real üçün çalışaq; cəhd etməliyik. Bizim yalnız bir karyeramız var".
Mbappe böyük komandada debütünü 2015-ci ilin sonunda edib. O, Fransa millisində 55 qol vurub. Klub səviyyəsində o, "Real Madrid"də 62, PSJ-də 256 və "Monako"da 27 qol vurub.