Menyu

Azərbaycan - Fransa: Açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

Operativ Media
Azərbaycan - Fransa: Açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlandı.

Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

15 noyabr

Fransa milli komandası

17:00. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

19:30. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Əlaqəli Xəbərlər