Deşam: "Mbappe heyətdə olduğu müddətdə Fransa millisi həmişə daha güclü olacaq"

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində komandasının Ukrayna üzərində 4:0 hesablı qələbəsindən danışıb .
Operativ Media xəbər verir ki, o, matçdan sonra hücumçu Kilyan Mbappenin çıxışını yüksək qiymətləndirib.
“Kilyan yaxşı işləyir. O, həm fiziki, həm də əqli cəhətdən pik formaya qayıdıb. Mbappe kapitan sarğısını təhvil alandan bəri əla iş görür. O, təkcə əla futbolçu deyil, həm də hamını bir araya gətirməyi bacarır. Bu, onun liderlik keyfiyyətlərinin bir hissəsidir. O, dinləməyi və öyrənməyi bacarır. Heyətimizdə hər şeyi daha da asanlaşdıracaq. Bu gün həm oyunçu, həm də kapitan kimi möhtəşəmdir”, – deyə, Deşam bildirib.
Fransa D qrupunda birinci yeri tutub və gələn ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.