Menyu

Anar Qədiməliyev: Dövlətin peşə təhsili strategiyası gücləndirilir

Şəfa Hüseynli
Anar Qədiməliyev: Dövlətin peşə təhsili strategiyası gücləndirilir

Dövlətin peşə təhsili sahəsində həyata keçirdiyi strategiya son illər daha da gücləndirilir və bu istiqamətdə ardıcıl inkişaf tədbirləri görülür.

Operativ Media xəbər verir ki, bunu “Bir Peşənin Sirri” Festivalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev deyib.

O bildirib ki, peşə təhsilinin modernləşdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili və müasir standartların tətbiqi dövlətin əsas prioritetlərindən biridir.

Anar Qədiməliyev vurğulayıb ki, süni intellektin sürətli inkişafı növbəti onillikdə tamamilə yeni peşələrin formalaşmasına şərait yaradacaq. Onun sözlərinə görə, bu proses həm təhsil sisteminə yeni çağırışlar təqdim edir, həm də gənclər üçün daha geniş və innovativ karyera imkanları açır.

Əlaqəli Xəbərlər